azia.az
azia.az

XI Bakı Beynəlxalq Kitab Sərgisində Ombudsman Aparatının nəşrləri böyük maraqla qarşılanıb

Dünən, 18:10


 2025-ci ilin 1-7 oktyabr tarixlərində keçirilmiş XI Bakı Beynəlxalq Kitab Sərgisində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Azərbaycan, rus, ingilis, Ukrayna və fransız dillərində kitab, buklet, liflet, plakat, disklərdən ibarət 279 addanəşri sərgilənib.

Sərgidə Ombudsman Aparatının nəşrləri böyük maraqla qarşılanıb, yüzlərlə yerli və xarici iştirakçıtərəfindən ziyarət edilib.

Ombudsmanın təşəbbüsü ilə “İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Mexanizm”görmə qabiliyyəti tam məhdud şəxslər üçün vəsaiti sərgidə yeganə Brayl əlifbası ilə hazırlanmış vəsait kimi yer alıb. Vəsait ziyarətçilərin, eləcə də naşirlərin böyük marağına səbəb olub. Naşirlər bu cür nəşrlərin hazırlanmasının mühüm əhəmiyyət kəsb etdiyini, gələcəkdə inklüziv həyatın dəstəklənməsi naminə Ombudsmanın bu təşəbbüsünə qoşulacaqlarınıbildiriblər.

Eyni zamanda, Ombudsman tərəfindən İkinci Qarabağ müharibəsi və postmüharibə dövründə həyata keçirilmiş faktaraşdırıcı missiyaların nəticələrinə əsaslanan, eləcə də Azərbaycan torpaqlarının otuzillik işğalı dövründə Ermənistan tərəfindən törədilmiş insan hüquqları pozuntularına, nifrət cinayətlərinə dair hesabatlar da sərgidə nümayiş olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi