azia.az
azia.az

ATƏT baş katibsiz qalıb

2-07-2017, 11:08

ATƏT baş katibsiz qalıb


İyulun 1-dən ATƏT baş katibsiz qalıb.

APA-nın "Alman dalğası" radiostansiyasına istinadən verdiyi məlumata görə, Lamberto Zanyerin səlahiyyət müddəti iyunun 30-da başa çatıb.

Ancaq ATƏT üzvləri yeni baş katibin seçilməsi məsələsində razılığa gələ bilməyiblər. ABŞ və Rusiya da daxil olmaqla, ATƏT-in 57 təşkilatda bir sıra rəhbər vəzifələrə təyinatla bağlı “paket razılaşma” əldə edə bilməyib. Baş katiblə bərabər, Demokratik Təsisatlar və İnsan Hüquqları üzrə Büronun rəhbəri, milli azlıqlarla iş üzrə komissar və ATƏT-in KİV azadlığı məsələləri üzrə nümayəndəsi postları da boşdur.

ATƏT xarici işlər nazirlərinin iyulun 11-də Vyanada keçiriləcək görüşü kadr məsələlərinin həlli üçün növbəti imkan olacaq. Baş katib postuna ən real namizəd İsveçrənin ATƏT-dəki sabiq daimi nümayəndəsi Tomas Qreminqer sayılır.

L. Zanyer yaranmış vəziyyətin ATƏT daxilində ciddi parçalanmanın olduğunu göstərdiyini bildirib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi