azia.az
azia.az

Sənədi saxta çıxan jurnalistlərin baş redaktorları cəzalana bilər – DİQQƏT!

1-07-2017, 14:32

Sənədi saxta çıxan jurnalistlərin baş redaktorları cəzalana bilər – DİQQƏT!



Ələsgər Məmmədli: “Saxtakarlıqla bağlı faktlar prokurorluğa təqdim edilməlidir”

Dünən “Azərbaycanda Jurnalist Həmkarları İttifaqlarının durumu və gələcək inkişaf meylləri" mövzusunda konfransda KİVDF rəhbəri Vüqar Səfərli mənzil üçün müracitə edən bir neçə jurnalistin sənədlərinin saxta olduğunu bildirib. Fond rəhbərinin sözlərinə görə, araşdırma göstərib ki, bu jurnalistlərə əmək kitabçası verilsə də, onlarla əmək müqaviləsi yoxdur və işçiyə verilən əmək haqqıya görə Dövlət Sosisal Müdafiə Fonduna zəruri ödənişlər edilməyib.

Maraqlıdır, Fond rəhbəri ortaya çıxartdıqları bu qanunsuzluqları hüquq-mühafizə orqanlarına təqdim etməlidirmi? İşçisinə əmək kitabçası verdiyi halda onunla əmək müqaviləsi bağlamayan baş redaktorlar cəzalana bilərmi?

Moderator.az -a açıqlama verən hüquqşünas Ələsgər Məmmədlinin sözlərinə görə, Fond rəhbəri qanunsuzluqlarla bağlı əlində olan sənədləri prokurorluğa təqdim etməlidir:

“Qanunvericiliyə görə, kim olursa-olsun, əmək müqaviləsi bağlanmadan işlədilə bilməz. Bu, qanunun pozulması deməkdir. Bu baxımdan, əgər belə bir fakt müəyyən olunubsa, əmək kitabçalarına saxta möhür vurulubsa, bu, həm də sənədin saxtalaşdırılması deməkdir ki, bu da ayrıca cinayət əməli kimi müəyyən olunub. Əgər doğrudan da belə faktlar varsa, bu faktlar prokurorluğa təqdim edilməli, araşdırılmalıdır. Burada qəsdən sənəd saxtalaşdırılması varsa, məsuliyyət yaranmalı, cəza mezanizmi işə düşməldir. Əgər inzibati pozuntu varsa, Əmək Məcəlləsi qanunvericliyə görə əmək müfəttişliyinin görə biləcəyi tədbirlər həyata keçirilməlidir. Vergidən, yaxud Dövlət Sosial Müdafiə Fonduna ödəmələrdən yayınma müəyyən olunubsa, o zaman hüquqi məsuliyyət kimə aiddirsə, o da bu məsuliyyəti daşımalıdır. Əgər belə jurnalistlər varsa, onların adını sadəcə ev almaq istəyən jurnalistlərin siyahısından çıxartmaq kifayət deyil. Bu faktlar eyni zamanda hüquqi cavabını tapmaldır”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi