azia.az
azia.az

Ərdoğan Trampla GÖRÜŞÜ ZAMANI BUNLARI MÜZAKİRƏ EDİB-TƏCİLİ

25-06-2025, 07:25

Türkiyə və ABŞ Prezidentləri Rəcəb Tayyib Ərdoğan və Donald Tramp NATO-nin Haaqada keçirilən sammiti çərçivəsində görüşüblər.

Bu barədə Türkiyə Prezidenti Aparatının Kommunikasiyalar İdarəsi "X" sosial şəbəkəsində məlumat yayıb.

Bildirilir ki, görüşdə liderlər ikitərəfli əlaqələri, regional və beynəlxalq məsələləri müzakirə ediblər.

Türkiyə prezidenti bildirib ki, müdafiə sənayesində əməkdaşlığın inkişaf etdirilməsi iki ölkə arasında ticarət dövriyyəsini 100 milyard dollar hədəfinə çatdırmağı asanlaşdıracaq.

O, Trampın səyləri ilə İsrail və İran arasında əldə olunmuş atəşkəs rejimini məmnuniyyətlə qarşılayıb və bunun daimi olacağına ümidvar olduğunu bildirib, Qəzzada baş verən humanitar faciənin tezliklə başa çatmasında və Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə həllində sıx dialoqun vacibliyini vurğulayıb.

Ajans.az paylaşımı sizlərə təqdim edir: 



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi