azia.az
azia.az

Azərbaycanda ərzaqlıq buğdanın yeni dövlət tədarük qiyməti müəyyən edilib

24-06-2025, 16:17

Nazirlər Kabineti Azərbaycanda 2025-ci il üçün ərzaqlıq buğdanın dövlət tədarük qiymətini 400 manat/ton olaraq müəyyən edib.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni sərəncam imzalayıb.

Sərəncama əsasən, bu, 2024-cü illə müqayisədə eynidir.

Xatırladaq ki, Prezident İlham Əliyevin “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” 19 iyul 2022-ci il tarixli fərmanına görə, əsasən müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda istehsal olunmuş, Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verilmiş ərzaqlıq buğdanın hər tonuna görə istehsalçılara 100 manat məhsul subsidiyası ödənilir. report


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi