Bu gün Topaz Premyer Liqada 26-cı tura yekun vurulur.
Axar.az xəbər verir ki, bu gün daha 2 görüş keçiriləcək.
Günün ilk matçı Gəncədə keçiriləcək. "Kəpəz" "Qəbələ"ni sınağa çəkəcək.
"Qəbələ"ni çətin səfərdə yalnız qələbə qane edir. Çempionluq şansını davam etdirmək üçün qonaqların 3 xal qazanmaqdan başqa yolu yoxdur.
Turun son matçında "İnter" "Qarabağ"la üz-üzə gələcək. Ağdam klubu cari mövsüm "bankirlər"ə qarşı keçidiyi 3 oyundan 2-də uduzub.