azia.az
azia.az

7 saylı İmişli Ərazi Ekologiya va Təbii Sərvətlər Şöbəsi – görünməyən fəaliyyət VIDEO

28-08-2017, 17:45

7 saylı İmişli Ərazi Ekologiya va Təbii Sərvətlər Şöbəsi – görünməyən fəaliyyət VIDEO



İş adamının meşə ərazisini məhz Prezident Sərəncamı ilə pambıq sahəsinə çevirəcəyini öz dili ilə ifadə etməsinə rəğmən, Şükür Şirinov və onun rəhbərlik etdiyi qurum regionda onsuz da az təsadüf edilən yaşıllıq ərazinin iri texnika ilə məhv edilməsinə 0 qiymətli reaksiya sərgilədi.

Ekológiya canlı və cansız təbiətin qarşılıqlı münasibətini öyrənən elmdir. Bu elm оrqanizmlərin bir-biri və хarici mühit amilləri ilə qarşılıqlı əlaqələrini, оnların yaşayış tərzində, inkişafında, çохalmasında həmin amillərin rоlunu, təbiətin mühafizəsini, təbii sərvətlərdən istifadə оlunmasının qanunauyğunluqlarını, еkоsistеmləri, оnların əlaqəsini, təbiətin dialеktikasını öyrədir. Təəssüflər olsun ki, Ekologiya və Təbii Sərvətlər nazirliyinin, şəxsən cənab Hüseynqulu Bağırovun ölkə vətəndaşına yönəli təbliğat və təşviqat xarakterli fəaliyyətinə baxmayaraq, təbiət – insan münasibətlərində ikincinin, birinciylə davranışında qanunauyğunluqların pozulması halları tez – tez, həm də açıq şəkildə baş verir. Ən çox təəssüf doğuracaq hal isə bu problemin regionlarda daha qabarıq formada özünü göstərməsidir. İmişlidəki mənbənin Conflict.az-a verdiyi məlumata görə Ekologiya və Təbii Sərvətlər nazirliyinin 7 saylı İmişli Ərazi Ekologiya va Təbii Sərvətlər Şöbəsi regiondakı ekoloji problemləri ya görmür, ya da sadəcə görməzdən gəlir.

7 saylı İmişli Ərazi Ekologiya va Təbii Sərvətlər Şöbəsi – görünməyən fəaliyyət VIDEO

Mənbənin bildirdiyinə görə nazirliyin İmişlidə fəaliyyət göstərən bu qurumunun missiyası sanki tikintilərə öz bildiyi formada və dəyərdə istismar aktının verilməsidir. Keçmiş hərbiçi olan müdir əvəzi Şükür Şirinov onsuz da kifayət qədər məhdud meşə sahəsi olan bölgədə sözün əsl mənasında baş verən ağac qətliamını hələ ki, sadəcə seyr edir. Əgər belə olmasa idi Conflict.az-ın 18.04.2017-ci il tarixdə dərc etdiyi, “İmişlidə Prezidentin adından istifadə edib meşəni məhv edirlər” adlı məlumatın video görüntülərinin də olmasına baxmayaraq, ötən müddətdə ETSN-nin 7 saylı İmişli Ərazi Ekologiya va Təbii Sərvətlər Şöbəsi hətta məsələyə br cümləlik münasibət belə bildirmədi. Ötən gün əldə etdiyimiz məlumatda qeyd edilir ki, rayonun Bəciravan kəndi istiqamətindəki, Tüqay adlanan meşə zolağı tamamilə məhv edilib. Halbuki həmin meşə zolağının Əfrail adlı iş adamı tərəfindən məvv edilməsi ilə bağlı Conflict.az demək olar ki, ilk SOS siqnalı vermişdi. Məsələnin ən qəribə tərəfi isə iş adamının həmin meçə ərazisini məhz Prezident Sərəncamı ilə pambıq sahəsinə çevirəcəyini öz dili ilə ifadə etməsinə rəğmən, Şükür Şirinov və onun rəhbərlik etdiyi qurum yuxarıda qeyd edildiyi kimi onsuz da az təsadüf edilən yaşıllıq ərazinin iri texnika ilə məhv edilməsinə 0 qiymətli reaksiya sərgilədi. Halbuki mərhum Prezident, Ulu Öndər Heydər Əliyev nəinki bir ağacın, hətta bir budağın belə kəsilməsini öz qolunun kəsilməsi ilə müqayisə edirdi. Çünki düşünən hər kəsə meşə zolağının təbiətin ağ ciyəri olmasını xatırlatmağa ehtiyac qalmır. Görəsən cənab Şükür Şirinov Əfrail adlı iş adamının Tüqay adlanan meşə zolağını məhv etməsindən sonra ərazidə monitorinq apardımı? Əgər aparıbsa, nazirliyə verilən məlumatın məzmunu olduqca maraqlıdır.

Rayonda ekologiya ilə bağlı problem yalnız meşə zolaqlarının birdəfəlik məhv edilməsi ilə yekunlaşmır. Rayonun Çaxırlı, Xubyarlı kəndləri, Bəhrəmtəpə qəsəbəsi ərazilərində son bir neçə ildə kifayət qədər artan, bir qrup şəxsin varlanmasına xidmət edən qum - çınqıl karxanaları sözün bütün anlamında təhlükə mənbəyidir. Əvvəla ildə iki dəfə dərmanlanmalı olan su hövzələrində nə vaxtsa belə profilaktik tədbirlər görülməyib. Ən azından ərazini yaxşı tanıyan media olaraq biz məlumatsızıq. Bu da yerin təkindən çıxarılan qum – çınqılın yerini dolduran qurunt sularının xəstəlik mənbəyinə çevirilməsini zəruri edən amillərdəndir. Çünki həmin qurunt sularının axıb harasa tökülmə imkanları yoxdur. Deməli bu su hövzələri sabit, dayanıqlı su hövzələridir. Əslində həmin hövzələrin dərmanlanmamsı, məqsədi pul qazanmaq olan iş adamı üçün maraqsızdır. Bəs ETSN-nin 7 saylı İmişli Ərazi Ekologiya va Təbii Sərvətlər Şöbəsinin fəaliyyəti nədən ibarətdir. Nədən bir – birinin ardınca yaranan süni su hövzələri ilə bağlı təbii faktorlar, müxtəlif xassələr nəzərə alınmır? Torpağın hidreoloji şəraitinin pozulması, bölgədə qurunt sualarının səviyyəsinin qalxması konteksində şoranlıq ərazilərin yaranması nəticəsində əkin sahələri sıradan çıxır. Beləliklə ilk zərbə kəndliyə dəyir. Bir neçə ay öncə əməkdaşmız İmişlidə olarkən qum – çınqıl çıxardan, xüsusi avadanlıqlarla təchiz edilmiş qayığın ölkənin təbii sərvəti hesab edilən Araz çayının məcrasına belə qoyulduğunun şahidi olmuşdu. Keçmiş hərbiçi Şükür Şirinovun yuxarıda qeyd etdiklərimizi bilməməsi təbiidir. Çünki bir hərbiçinin ETSN prinsiplərini bilməməsi mümkündür. Amma görməmsi isə...

İmişlidə balıq ovlanması ilə bağlı mövsüm elanının olub – olmamasını Araz çayının Bəhrəmtəpə qəsəbəsi istiqamətində olan körpünün sağ və sol tərəflərində il
boyu balıq ovlayan sakinlərdən soruşsan, həmən sual verən şəxsin normal zehniyyətinin olmadığını düşünərlər. Əslində məsələni anormal edən ETSN-nin 7 saylı İmişli Ərazi Ekologiya va Təbii Sərvətlər Şöbəsinin sadəcə bu istiqamətdə fəaliyyətsizliyidir. Əvvəla İmişlidə istər həmin ərazidə, istərsə də ETSN-nin 7 saylı İmişli Ərazi Ekologiya va Təbii Sərvətlər Şöbəsinin nəzarət etməli olduğu digər ərazilərdə kustar üsulla düzəldilmiş elektrik avadanlıqları ilə balıq ovu bir neçə ildir ki, olduqca populiyardır. Bu formalı ov balıqçını ovunu gözləmək kimi vaxt itkisindən qurtarır, digər tərəfdən isə elektrik ucluğun bir toxunuşu bir neçə balığın su üzərinə qalxmasına səbəb olur. Lakin bu zaman unudulur ki, məhv edilən yalnız balıq deyil, suda yaşayan əksər canlılardır. Brokoniyerin bunu düşünməmsi təbiidir, aidiyyatı strukturun göz yumması isə cinayət. Çünki elektrikin təsir göstərdiyi sahə radiusunda əksər canlılar bir toxunuşla məhv edilir. Sual olunur bəyəm 7 saylı İmişli Ərazi Ekologiya va Təbii Sərvətlər Şöbəsinin müdir əvəzi Şakir Şirinov bunu da bilmir və ya görmür? Əgər görürsə buyursun bu günə qədər rəhbərlik etdiyi qurumun səlahiyyətləri çərçivəsində görülən inzibati tədbirlərlə bağlı mətbuatı da məlumatlandırsın. Və ya cənab Şirinov həmin fəaliyyətlə məşğul olan fiziki şəxslərin dəqiq uçotunu sonuncu dəfə nə vaxt aparıb? Hər halda düşündürücüdür. Həm də cənab Şakir Şirinov onu düşünməlidir ki, bu cür fəaliyyətlə müdir əvəzi görəvini müdirə çevirmək onun üçün olduqca zor ola blər.

Araşdırmamız davam edir.

Mövzuya qayıdacağıq.

Redaksiyadan: Məlumatda adı çəkilən qurum və ya şəxslərində mövqeyini dərc etməyə hazırıq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi