azia.az
azia.az

ABŞ Müdafiə Naziri Fikri İşığa məktub yazdı: ... Silahlar Geri Alınacaq!

22-06-2017, 14:48

ABŞ Müdafiə Naziri Fikri İşığa məktub yazdı: ... Silahlar Geri Alınacaq!


ABŞ-dan Türkiyəyə YPG Məktubu: DEAŞ Məğlub Ediləndə Silahlar Geri Alınacaq
azia.az bildirir ki, ABŞ Müdafiə Naziri Ceym Mattis, Türkiyənin Müdafiə Naziri Fikri İşığa məktub göndərib. Məktubda, DEAŞ ilə olan müharibə bitdikdən sonra silahların geri alınacağı məlumatı yer alıb.
Ceym Mattis, Fikri İşığa göndərdiyi məktubda, terror təşkilatı YPG-yə verilən material və avadanlığa dair məlumat verib. Mattis, əldə olunan bütün təchizatın fotoşəkilli sübut və vizual material ehtiyatlarının tutulduğunu, terror təşkilatı DEAŞ-ın məğlub edilməsindən sonra silahların geri alınacağını bildirib.

Mattis, ABŞ ilə Türkiyənin münasibətinin terror təşkilatı DEAŞIN məğlub edilməsinin xaricində strateji tərəfdaşlıq olduğunu vurğulayıb.

Türkiyə ilə planlı iş və şəffaflıq əsasında hər cür məlumat mübadiləsinin müntəzəm olaraq keçiriləcəyi zəmanəti verən Mattis,Terror təşkilatı DEAŞ-ı məğlub etmək üçün meydançada YPG ilə məcburi bir iş birliklərinin olduğunu bildirib. Məktubda, Milli Müdafiə Naziri İşıq ilə gələn həftə Brüsseldə bir daha üz-üzə görüşməyi çox arzuladığını ifadə edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi