azia.az
azia.az

ABŞ Dəstəkli Qüvvələr Rakkanın Qərbində İlk Bölgəni Ələ Keçirdi

11-06-2017, 17:31

ABŞ Dəstəkli Qüvvələr Rakkanın Qərbində İlk Bölgəni Ələ Keçirdi


ABŞ dəstəkli qüvvələr, Rakkanın qərbindəki bir bölgənin nəzarətini DEAŞ-dan geri aldı. "Həlledici 17-ci bölgədə" isə qarşıdurmalar davam edir.
azia.az bildirir ki, AFP-nin iddiasına görə Rakkaya şərq hissəsindən girən ABŞ dəstəkli qüvvələr, qərbdə də bir bölgənin nəzarətini DEAŞ-dan geri aldı. Alınan ilkin məlumatlara görə, ələ keçirilən ərazidə DEAŞ-ın ən mühüm hərbi komplekslərindən biri yerləşir.
Suriya İnsan Haqları Monitorinq Təşkilatı tərəfindən verilən məlumata görə, ABŞ dəstəkli qüvvələr ilə DEAŞ arasında "17-ci Bölgə" adı verilən kritik bir sahədə qarşıdurmalar davam edir.
Terror təşkilatı DEAŞ-ın Rakkada təxminən 3-4 minə yaxın üzvünün olduğu ehtimal edilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi