Moskva terrorizmlə mübarizənin artırılması üçün regional tərəfdaşları ilə əməkdaşlığı inkişaf etdirməyə hazırdır.
Axar.az xəbər verir ki, bunu “Rusiya-İslam dünyası” konfransına yolladığı teleqramda Rusiya Prezidenti Vladimir Putin yazıb.
“Bu gün çoxlu müsəlman ölkəsi ciddi çağırışlarla üz-üzə qalıblar. Bu ölkələr üçün əsas problemlər sırasında etnik və dini konfliktlər, iqtisadi və sosial problemlər yer alır. Xüsusilə dramatik situasiya Suriyada yaşanır. Qeyd etmək istəyirəm ki, islam dünyası tam şəkildə Rusiyanın dəstəyinə ümid bəsləyə bilər”, – deyə o bildirib.