Ərəstun Cavadov rayonda olarkən, ona məxsus olan Badamdar qəsəbəsi İ.Ağayev küçəsi ev 3, mənzil 73-də yaşayan,1960-ci il təvəllüdlü Sədi Süleyman oğlu Qəhrəmanovun meyiti aşkar edilib.
Ölkə.az-ın xəbərinə görə onun cəsədi bağban kimi işlədiyi Səbail rayonu Badamdar qəsəbəsi 2-ci yaşayış massivində yerləşən bağdan tapılıb. İlkin ekspertiza zamanı məlum olub ki, eks-deputatın işçisi olmuş Sədi Qəhrəmanov ürək çatışmamazlığından vəfat edib.
Bağbanın vəfat etdiyi xəbərini alan keçmiş millət vəkili Ərəstun Cavadovun səhhəti qəfil pisləşib. Ona həkimlər tərəfindən tibbi yardım göstərilib.
Səhhəti ilə əlaqədar Ərəstun Cavadov işə də çıxmayıb.
Qeyd edək ki, Ərəstun Cavadov həm də Mərkəzi Univermağın (MUM) sahibidir.