Suriyada Bəşər Əsəd tərəfdarı milis qrupları ABŞ-a İraq-Suriya sərhədində onları hədəf alan hava hücumları ilə bağlı xəbərdarlıq edib.
Cebhe.info xarici mətbuata istinadən xəbər verir ki, verilən bəyanatda ABŞ vurulmaqla hədələnir.
Milis qüvvələrinin nəzarət altına almağa çalışdıqları bölgədə ABŞ-ın suriyalı müxaliflərə təlim verdiyi baza da yerləşir.
ABŞ çərşənbə axşamı regionda dəstəklədiyi qüvvələr üçün təhdid yaratdığını və İran tərəfindən dəstəkləndiyini qeyd etdiyi qüvvələrə qarşı hava əməliyyatı keçirib.
Qeyd edək ki, bu son üç həftə ərzində təşkil olunan ikinci hücumdur.