Rusiya Suriyada yeni kimyəvi hücumların səhnələşdiriləcəyini və günahın Dəməşqin üzərinə atılacağını bilir.
Axar.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasında çıxışı zamanı Rusiya Xarici Kəşfiyyat İdarəsinin rəhbəri Sergey Narışkin söyləyib.
“Prezident Putin dəfələrlə bildirib ki, Bəşər Əsədin İdlibdəki kimyəvi hücuma aidiyyəti yoxdur. İdlib hadisələri sadəcə provokasiyadır”, – deyə o bildirib.