Bakı 2017 IV İslam Həmrəyliyi Oyunlarında alınan bilet sayı açıqlanıb.
Report-un məlumatına görə, bu barədə Gənclər və İdman naziri Azad Rəhimov bildirib.
O deyib ki, tam hesablama aparıldıqdan sonra dəqiq rəqəm müəyyənləşəcək:
"Hələlik təxminən 2,5 -3 milyon manatlıq biletin alındığını söyləyə bilərəm. Oyunları isə 59 ölkədən 360 min tamaşaçı izləyib".
Nazir idmançılara veriləcək mükafat məbləğlərinə də aydınlıq gətirib: "Komandaların hər birinə 100 min, məşqçiyə isə 50 min manat veriləcək. Amma fedrasiyalar deyib ki, biz hər bir idmançıya özümüz də mükafat verəcəyik".