Azərbaycan Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları çərçivəsində qadın güləşində daha bir qızıl medal qazanıb.
Trend-in məlumatına görə, 69 kq çəkidə mübarizə aparan təmsilçimiz Elis Manolova həlledici görüşdə Qazaxstan idmançısı Jamela Bakberqenova ilə qarşılaşıb.
Buna qədər bütün rəqiblərini vaxtından əvvəl məğlub edən E.Manolova bu dəfə də təmiz qələbə qazanaraq (8:0 - tuşe) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Bu, Azərbaycanın İslamiadada qazandığı 70-ci qızıl medaldır.
Qeyd edək ki, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.