azia.az
azia.az

Moskva məhkəməsində Bakı ilə bağlı qərar verildi

15-05-2017, 16:29

Moskva məhkəməsində Bakı ilə bağlı qərar verildi


Bu gün yerli vaxtla saat 14:00-da Moskvada Rusiya Ali Məhkəməsinin Plenumunda Ədliyyə Nazirliyinin iddiası əsasında Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğvi ilə bağlı məsələyə baxılıb.

Ümumrusiya Azərbaycanlıları Konqresindən Axar.az-a bildirildi ki, hələlik Plenumun qərarı ilə bağlı onlara məlumat verilməyib.

Rusiya Ali Məhkəməsinin mətbuat xidmətindən də AKPİ17-209 iş üzrə sözügedən məhkəmə prosesinin keçirildiyi, məhkəmə qərarı barədə rəsmi məlumatın isə 16 mayda veriləcəyi qeyd edilib.

Xatırladaq ki, bu məhkəmə prosesi Azərbaycanda ciddi narahatlıqla izlənilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi