“Bizdən tələb olunan bütün sənədlər artıq Rusiya Ədliyyə Nazirliyinə göndərilib. Həmin sənədlərdə onların bütün tələblərə uyğun olaraq cavablar verilib.
Bunu Modern.az-a açıqlamasında Ümumrusiya Azərbaycanlıları Konqresinin icraçı katibi İlqar Hacıyev deyib.
İcraçı katib bildirib ki, növbəti məhkəmədən gözləntiləri daha çoxdur.
“Biz proseslər zamanı bütün həqiqətlərin ortaya çıxacağına inanırıq. Ümid edirik ki, mayın 15-nə təyin olunan məhkəmə prosesində ÜAK-ın qeydiyyat məsələsi həll olunacaq və biz əvvəlki qaydada işimizə davam edəcəyik”.
Qeyd edək ki, mayın 15-də Rusiya Ədliyyə Nazirliyi tərəfindən Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğv edilməsi iddiası ilə bağlı məhkəmə prosesi keçiriləcək.