azia.az
azia.az

Nərgiz Paşayeva həqiqi üzv seçildi

3-05-2017, 12:02

Nərgiz Paşayeva həqiqi üzv seçildi

AMEA-nın həqiqi və müxbir üzvlüyünə keçirilən seçkilərin nəticələri açıqlanıb. azia.az "qafqazinfo"ya istinadən xəbər verir ki, siyahıda bir sıra tanınmış şəxslər də var.

Onların arasında M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru Nərgiz Paşayeva (həqiqi üzv), eks-təhsil naziri Misir Mərdanov (müxbir üzv), Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə (müxbir üzv), deputat Musa Qasımlı (müxbir üzv), Gövhər Baxşəliyeva (həqiqi üzv) və Yaqub Mahmudov (həqiqi üzv) da var.

Qeyd edək ki, Nərgiz Paşayeva daha əvvəl AMEA-nın müxbir üzvü idi.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi