azia.az
azia.az

Ərdoğanla Makron nəyi müzakirə etdilər?

6-05-2022, 06:17


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

Ərdoğanla Makron nəyi müzakirə etdilər?

Xəbərə görə, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.



Danışıq zamanı Türkiyə-Fransa münasibətlərinin yaxşılaşdırılması istiqamətində atılan addımlar və regional məsələlər, o cümlədən Rusiya-Ukrayna müharibəsi müzakirə edilib.



Ərdoğan Makronu yenidən Fransa prezidenti seçilməsi münasibətilə təbrik edib və seçki nəticələrinin bu ölkə üçün faydalı olmasını arzulayıb.



Prezident Ərdoğan Türkiyə olaraq Ukraynadakı müharibəni diplomatiya yolu ilə bitirmək üçün hər cür səy göstərdiklərini ifadə edərək, danışıqlar prosesinə dəstək vermənin vacib olduğunu bildirib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi