azia.az
azia.az

“Bu, ABŞ-ı münaqişənin həllinə vadar edəcək”

22-11-2016, 09:40

“Bu, ABŞ-ı münaqişənin həllinə vadar edəcək”
“Azərbaycan siyasi rəhbərliyinin yürütdüyü siyasət və bir sıra mühüm siyasi faktorlar Amerikanı ikili standartlardan xilas olmağa və Qarabağ məsələsini ərazi bütövlüyümüz çərçivəsində həll etməyə vadar edəcək”

Bu sözləri Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib.

Politoloq bildirib ki, Amerikanın Dağlıq Qarabağa münasibəti son 1 ildə müsbətə doğru dəyişib:

“Təxminən bir neçə ay bundan öncə Varşavada NATO dövlətlərinin sammitində postsovet məkanındakı münaqişələrin 1975-ci il Helsinki yekun aktının ərazi bütövlüyü prinsipinə uyğun həll edilməsinə dair qərar qəbul edildi. Burada xalqların öz müqəddəratını təyin etmə prinsipi tamamilə kənara atılır, yalnız beynəlxalq hüququn B prinsipi əsas götürülür. Bu, ABŞ siyasətində də aydın hiss edilir. ABŞ-ın belə mövqeyi Tramp tərəfindən daha qətiyyətli bir formada gündəmə gətirilə bilər. Var gücləri ilə Klintona işləyən və onun fonduna xeyli vəsait keçirən ermənilərin bütün planları suya düşdükdən sonra Trampın Bakıya çox isti münasibətinin şahidi olduq. Bundan başqa, onun Azərbaycanla müəyyən kommersiya əlaqələri də mövcuddur”.

ABŞ-ın Azərbaycanla bağlı pozitiv mövqe dəyişikliyini və Trampın Bakı ilə şəxsi dostluq əlaqələrini nəzərə alan politoloqun qənaətinə görə, bu ölkə tərəfindən Dağlıq Qarabağ probleminə obyektiv yanaşmanın şahidi ola bilərik:

“Çünki Amerika Cənubi Qafqazda mövqelərini möhkəmləndirməyə çalışacaq. Gürcüstanla münasibətləri normal olan Vaşinqton çox yaxşı başa düşür ki, bunun yolu Azərbaycandan xeyli dərəcədə asılıdır. Azərbaycan Orta Asiya resbuplikalarından Şərqə açılan qapı kimi də Amerika üçün strateji baxımdan çox əhəmiyyətlidir”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi