azia.az
azia.az

Aİ və Azərbaycan yeni saziş üzrə danışıqlarla bağlı nümayəndə heyətlərini formalaşdırır

21-11-2016, 12:56

Aİ və Azərbaycan yeni saziş üzrə danışıqlarla bağlı nümayəndə heyətlərini formalaşdırır
"Hazırda Avropa İttifaqı və Azərbaycan hazırda yeni saziş üzrə danışıqlarla bağlı müvafiq nümayəndə heyətlərinin formalaşdırılması işini aparır"

APA-nın məlumatına görə, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib.

M. Mard qeyd edib ki, bir çox sahələri əhatə edən geniş və hərtərəfli saziş üzrə danışıqlara başlayacaqlarından məmnundurlar.

"Bu həftə nəqliyyat üzrə nümayəndə heyəti Azərbaycana gəlir. Başqa nümayəndə heyətlərinin də səfəri gözlənilir. Hazırda bir çox sahələr üzrə çox intensiv danışıqlar aparırıq", - deyə o bildirib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi