“Türkiyə və Rusiya bir tərəfdə, ABŞ və AB digər tərəfdə”
Gəlin açıq danışaq. Amerika və Avropa Birliyi “PYD” və “YPG”, ”Haşdi Şabi” və “İŞİD”-in köməyi ilə İraq və Suriyanı parçalamağa can atırlar. Onlar Türkiyənin cənubunu balkanlaşdırmaq istəyirlər
Buna cavab olaraq, Türkiyə və Rusiya Yaxın Şərqin fraqmentlərə ayrılmasının əleyhinə çıxırlar. Lakin bir müddət əvvəl Ankaradakı bir mərkəz amerikanpərəst və avropapərəst perspektivi dəstəkləməklə yanaşı, Suriyanın bölünməsinə xüsusilə israr edirdi.
“PYD/YPG”–ni dəstəkləyən xətt belə deyirdi: “Bütün xalqlara azadlıq vermək lazımdır. Əgər hər bir xalqın dövləti vardırsa(!), onda kürdlərin nə üçün dövləti olmasın? Əgər kürdlərin dövləti olmalıdırsa, onda Türkiyə onu nəyə görə dəstəkləməməlidir?”
1990-cı ildən indiyə kimi yaşananlardan sonra İraqın bütöv qalması tam möcüzə olar. Hətta İraqın keçmiş vitse-prezidenti Əl-Həşimi deyib: “Biz, o qədər ağrılar yaşamışıq ki, artıq bölünmə barəsində düşünməyə başlamışıq”.
Şimali İraqdakı regional kürd hökuməti praktik olaraq müstəqil dövlətdir. Lakin Bərzani hər addımda söyləyir: “Əgər bizim təchizatçımız Türkiyə qapıları bağlasa, biz nəfəs ala bilmərik”.
Bağdaddakı şiə hökuməti demək olar ki, İranın əyalətidir. Mosul/Kərkük xəttində daha bir mühüm proses gedir. Suriyadakı vəziyyətlə əlaqədar isə, Türkiyə son dövrlərdə güclü səslə “ərazi bütövlüyü” məsələsini xüsusilə vurğulayır. Həmin bu güclü vurğuya Rusiyadan da dəstək gəlir.
Əks cəbhədə isə tam etinasızılıq hökm sürür. Bizim regiondan söz düşəndə, hüquq və azadlıq şüarı altında qayda-qanun, nizam yaratmaq istəyənlər, öz mövqeləri ilə göstərirlər ki, onlar üçün insan heç bir dəyər daşımır.
Bu bölgəyə sonradan gətirilmiş İŞİD-ə, ”dünyəvi” güc sayılan PYD/YPG-yə, sırf məzhəb qarşıdurmasını qızışdırdığı üçün “Haşdi Şabi”-yə güvənən Amerika və AB, Suriyanı canı-dildən kiçik dövlətlərə ayırmağa çalışır. Elə bu səbəbdən də aləm bir-birinə qarşır. Onlardan fərqli olaraq, Türkiyə və Rusiya Suriyanın ərazi bütövlüyündə israrlıdırlar.
Türkiyənin Dəməşq hökuməti ilə bağlı fikirlərində heç bir dəyişiklik olmasa da, Rusiya ilə yaradılmış ikitərəfli mexanizm Dəməşqi də əhatə edir.
Hazırda Suriya və İraq şahmat taxtasına bənzəyir. Burada oyunçular hər gün yeni “fiqurları” hərəkətə gətirərək, yeni gedişlər edirlər. Bu yaxınlarda ABŞ “PYD” – piyadası ilə Rakkada oynayıb. Məqsəd həm Mosul/Telafer xəttində Türkiyəyə mesaj göndərmək, həm də onun Suriyadakı “Fərat qalxanı” əməliyyatına qarşı cavab verməkdən ibarətdir. Digər yandan isə Türkiyə tərəfindən yürüdülən “HDP” əməliyyatına dolayı yolla cavab verilir.
Yaxşı, bəs Türkiyənin mövqeyi necə oldu?
Türkiyə hesab edir ki, hər bir terror təşkilatı başqalarının əlində bir alətdir. İkincisi – Türkiyəyə tam bəllidir ki, terror təşkilatları vasitəsilə onu tabe etdirmək istəyirlər. Bütün bu görünənlər işığında hökumətin mövqeyi bizim prezidentin sözlərində gizlənib: ”İstəsəniz də, istəməsəniz də, biz müasir sivilizasiyanın üst səviyyəsində olacağıq”. Əslində məsələnin məğzi də elə bundadır! Peyk dövlət yox, yaradıcı dövlət olmaq! Kimlərinsə barmağına doladığı dövlət deyil, oyunlar quracaq bir dövlət!
Oyun kartlarının qarışdırılması daha açıq şəkildə həyata keçirilir. Türkiyə Amerika və Avropa Birliyinin terror təşkilatları vasitəsilə hörümçək toru kimi hördüyü intriqaya anında cavab verir. Burada söhbət dövlətin “sağ qalması”ndan gedir. Belə olan halda kimin “düşmən” olmasının əhəmiyyəti yoxdur. Digərlərinin əlində alət olan yaramazlardan biri kürdləri ”müftəxor” adlandırır. Bu şəxs -mənim xalqım və seçicilərim – dediyi kürdləri təhqir edən sözlər danışıb. Bu yaramaz twitterdə (kürd mənşəli Şırnaklı HDP-li keçmiş deputat-Hasip Kaplan) kürdləri təhqir edərək, onları hakimiyyətin xidmətçiləri və əlaltıları adlandırıb.
Vaxtilə bu yaramaz bütün səsiylə qışqırırdı: “Mənim həyat yoldaşım ədirnəlidir və mənim iki uşağım var. Əgər biz ayrılsaq, onda mən onların birini Ədirinəyə, digərini Şırnakamı göndərməliyəm?”
Amma buna baxmayaraq, indi o, terror təşkilatı ilə yaxın əlaqələri olan HDP-lilərin həbsini bəhanə edərək, küçələrə çıxmaq istəməyən kürdləri təhqir edir. O, dövlətin tərəfində duraraq, sakitli, birlik və rifah istəyən kürd rayonlarını təhqir edir.
Deməli, dövlətlə barışan kürdlər onun ürəyincə deyil?
Belələri öz uşaqları və ailələri təhlükəsizlik içindəykən, digər kürd uşaqlarının ölümə yürümələrindən, küçələrdə vuruşmalarından, bir-birini qırmaqlarından bəslənənlərdir.(azpolitika.info - “Yeni Şafak”-Türkiyə)