azia.az
azia.az

Çovdarovun Masazırdakı istixanasına əlavə post qoyuldu

25-10-2016, 11:40

Çovdarovun Masazırdakı istixanasına əlavə post qoyuldu
Balıqçılıq təsərrüfatı məxsusi nəzarətə götürülür

Dünən sabiq MTN generalı Akif Çovdarovun Masazırdakı istixanasına dövlət yetkililəri tərəfindən əl qoyulduğundan bəhs etmişdik. Vurğulamışdıq ki, dövlət yetkililərinin gəlişindən son anda xəbər tutan Çovdarovun istixanadakı adamları istixana daxilindəki göldə saxlanılan nadir balıq növlərini xüsusi borular vasitəsi ilə Masazırdakı gölə axıtmış, bununla da qanunsuz balıq ovu və biznesinə görə məsuliyyətdən yaxa qurtarmağa çalışmışlar.

Bu gün Moderator.az-a saytını bilgiləndirən özəl mənbə məsələ ilə bağlı yeni informasiya verib. Mənbənin sözlərinə görə, dünən saytımızda məlum hadisə ilə bağlı yazı yer alandan təxminən 3 saat sonra sabiq MTN generalının Masazırdakı istixanasının balıqçılıq təsərrüfatının yerləşdiyi hissəsinə əlavə post qoyulub. Balıqçılıq təsərrüfatının məxsusi olaraq nəzarətə götürüldüyünü bildirən mənbə, göldə saxlanılan nadir balıq növləri ilə bağlı xüsusi araşdırmaya start verildiyini vurğulayıb.

Bundan başqa, mənbənin sözlərinə görə, son günlər Çovdarov dönəmində ixtixana ərazisinə yığılan çoxlu sayda tikinti materialı, xüsusilə də dəmir boruların istixanadan daşınması prosesi müşahidə edilir. Dəmir konstruksiyaların kim tərəfindən və hara daşınması isə hələlik bəlli deyil...


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi