azia.az
azia.az

Aydos Sarım: “Nazarbayev anlamır ki, Rusiya Qarabağ məsələsinin həllini istəmir”

23-08-2016, 13:33

Aydos Sarım: “Nazarbayev anlamır ki, Rusiya Qarabağ məsələsinin həllini istəmir”“Azərbaycan, Ermənistan və Qazaxıstan prezidentlərinin birgə görüşü özü-özlüyündə, əlbəttə ki, mümkündür.
Güman edirəm ki, Azərbaycan və Ermənistan prezidentləri görüşüm təşkilatçısı kimi çıxış etmiş Qazaxıstan prezidenti Nursultan Nazarbayevə etiraz etməyəcəklər. Lakin bu görüşün nəticəsində rəsmçi Bakı və Yerevan Qarabağ məsələsinin həli üzrə hər hansı razılığa çətin ki gələ bilələr. Çünki bu cür razılaşma tamamilə başqa səviyyədə siyasi iradə və məsuliyyət tələb edir”

Bu barədə virtualaz.org-a eksklüziv müsahibəsində Qazaxıstan politoloqu Aydos Sarım yaxın zamanlarda keçirilməsi gözlənilən prezidentlərin üçtərəfli görüşündə Qarabağ probleminin həlli yollarının müzakirə ediləcəyi ilə bağlı xəbəri şərh edərkən bildirib.

Xatırladaq ki. rusiyalı ekspertlər də Qazaxıstan prezidentinin münaqişə tərəfləri arasında danışıqlarda əsas vasitəçi kimi rolundan danışıblar.

A.Sarım belə hesab edir ki, son dövrlərin bəzi hadisələri, ələlxüsus Rusiya-Türkiyə münasibətlərinin normallaşdırılmasında N.Nazarbayevin rolu inamı möhkəmləndirib ki, o, Azərbaycanla Ermənistan arasında münaqişənin də tənzimlənməsinə kömək edə bilər.

“Problem burasındadır ki, prezidentimiz demək olar ki, hər yerdə və hamı ilə güzəştə getməyin mümkünlüyünə səmimi olaraq inanır. Qarabağa gəlincə isə, o bir şeyi unudur: Rusiya bu münaqişənin həllində maraqlı deyil. Ola bilsin ki, o, Rusiya rəhbərliyini bu münaqişənin həllinə köməyin zəruriliyinə inandıra bilsin. Hərçənd, indi yaranmış vəziyyəti, Rusiya-Türkiyə yaxınlaşmasını nəzərə alsaq, tamamilə mümkündür ki, Qarabağ məsələsi üzrə hər hansı həll yolunun qəbulu üzrə iş gedir, halbuki, bu həll çətin ki hər iki tərəf üçün məqbul olsun”, - A.Sarım bildirib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi