azia.az
azia.az

ABŞ səfiri: “Pandemiyadan sonra Naxçıvana xeyli sayda turist axını olacaq”

18-08-2021, 09:00


“Burada müşahidə etdiyimiz qonaqpərvərlik bir daha onu göstərir ki, Naxçıvan beynəlxalq turistləri qəbul etmək üçün ideal bir yerdir”.
ABŞ səfiri: “Pandemiyadan sonra Naxçıvana xeyli sayda turist axını olacaq”
Xəbər verilir ki, bu sözləri Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberqer Naxçıvana səfəri zamanı jurnalistlərə açıqlamasında deyib.

“Naxçıvanla bağlı ümumi təəssürat olaraq onu deyə bilərəm ki, öncə buranın təbii gözəlliyi füsunkardır, eyni zamanda muxtar respublikanın havası çox təmizdir. Mən burada özümü çox rahat hiss etdim. Naxçıvanın mədəniyyətini və tarixini xüsusi olaraq vurğulamaq istərdim. Buranın tarixi zamanın əvvəlinə gedib dayanır. Ən çox məni xoş mənada heyrətləndirən bu yerin insanları oldu”, - deyə səfir vurğulayıb.

Örl Litzenberqer qeyd edib ki, Naxçıvanın turizm potensialı mövcuddur: “Qonaqpərvərliyiniz, həqiqətən də, çox təsiredicidir və mən Naxçıvan insanının ortaya qoyduğu bu isti, səmimi münasibətdən hədsiz dərəcədə məmnun qaldım. Düşünürəm ki, bu mənada, muxtar respublika dünyanın ən parlaq insanlarına sahib olan yerlərdən biridir.

Eyni zamanda buranın çox dadlı, ləziz mətbəxi, yeməkləri var. Fikrimcə, Naxçıvanın turizm potensialı haqqında danışanda təbii gözəlliyi, mədəniyyəti, mətbəxi xüsusi qeyd etmək lazımdır. Bu üçlük dünyanın hər yerində qələbə çalan bir üçlükdür. Bu baxımdan dünya pandemiyadan sonrakı mərhələyə keçid alanda Naxçıvana xeyli sayda turist axını olacaq. Mənə gəldikdə isə, Amerikadakı bütün dost və həmkarlarıma Naxçıvan haqqında məmnunluqla bəhs edəcəyəm”.“Report”


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi