azia.az
azia.az

Kartofa gömrük rüsumu artırıldı: Bu qərar kartofun qiymətinə təsir edəcəkmi? (VİDEO)

9-09-2018, 07:55

Sentyabrın 1-dən oktyabrın 31-ə qədər ölkəyə idxal edilən kartofun gömrük tarif dərəcəsi iki dəfə artırılıb.

Xezerxeber.az-ın məlumatına görə, bunula bağlı Nazirlər Kabineti qərar verib.

Qərara əsasən ölkəyə idxal edilən kartofun gömrük rüsumu məhsulun gömrük dəyərinin 30 faizi həcmində olacaq. Bundan əvvəl kartof üçün idxal gömrük rüsumu 15 faiz olub.

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdirinin müavini Fərman Kərimov deyir ki, qərarın verilməsinin əsas səbəbi daxili bazarı qorumaqdır. Belə ki, ölkə üzrə 53 min hektarda kartof əkilib və proqnozlara görə, 900 min ton məhsul istehsalı gözlənilir. Ölkədaxili tələbat tam ödənildiyindən xaricdən gətirilən kartofun həcmini azaltmaq üçün belə bir qərar verilib.

Yeni qərardan sonra ən çox gözlənilən məsələ bazarlarda kartofun qiymətinin necə dəyişəcəyi ilə bağlıdır. Nazirlik rəsmisi deyir ki, bazarlarda yerli kartofun qiymətinin qalxmasının heç bir iqtisadi əsası yoxdur.

Qeyd edək ki, idxal gömrük rüsumunun artımı toxumluq kartofu əhatə etmir. Bu qərar istehlak məqsədi ilə yanvarin 1-dən iyunun 30-dək ölkəyə idxal edilən təzə və ilin digər aylarinda idxal edilən kartofu əhatə edir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi