azia.az
azia.az

Bu gündən ehtiyac meyarındakı artım BELƏ OLDU

1-01-2025, 12:09

2025-ci ilin yanvarın 1-dən Azərbaycanda ehtiyac meyarının həddi 285 manatdan hesablanacaq.

 

Bir müddət öncə ehtiyac meyarının həddinin 270 manatdan 285 manata artırılması haqqında qanun qəbul edilib.

 

Qaydalara əsasən, Azərbaycanda aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımın təyin edilməsi zamanı ehtiyac meyarından istifadə olunur.

 

Adambaşına düşən aylıq gəlir ehtiyac meyarının məbləğindən az olduqda dövlət qalan hissəni yardım şəklində ailəyə verir.

 

Ehtiyac meyarının həddinin artırılması ünvanlı yardım üçün aylıq ödənişlərin məbləğində artıma imkan yaradacaq.

 

Son məlumatlara əsasən, Azərbaycanda 78,9 min aztəminatlı ailənin 344,8 min üzvü ünvanlı dövlət sosial yardımı alır. Ünvanlı yardımın bir nəfərə düşən orta aylıq məbləği isə 107,4 manat təşkil edib.

 

Vasif


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi