azia.az
azia.az

Mərkəzi Bankın statistikası şəffaf deyil - NƏ BAŞ VERİR?

23-06-2022, 11:50

Mərkəzi Bankın statistikası şəffaf deyil - NƏ BAŞ VERİR?
Bu il iyunun 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 673,7 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankının məlumatına görə, ölkədə problemli kreditlər ilin əvvəlinə nisbətən 6,4 faiz, son 1 ildə isə 25,7 faiz azalıb. Azia.az xəbər verir ki, problemli kreditlərin azalma səbəbini “Şərq”ə şərh edən hüquqşünas, bank üzrə mütəxəssis Əkrəm Həsənovun sözlərinə görə, bu statistika tam deyil: “Əvvəla, Mərkəzi Bank sadəcə faizləri göstərir. Mərkəzi Bank problemli kreditlərin azalması ilə bağlı rəqəm açıqlayanda heç vaxt konkret səbəbləri göstərmir. Son 1 ildə 25,7 faiz azalma olubsa bu faiz nəyin hesabına dəyişib axı? Problemli krediti olan vətəndaşlar banklara olan borclarını ödəyiblər, yoxsa banklar həmin kreditlərin qaytarılmayacağına əmin olub, borcları silmək məcburiyyətində qalıblar.

Təsəvvür edin ki, Səhiyyə Nazirliyi hansısa bir xəstəliklə bağlı ilin əvvəlində statistika yayır ki, virusa yoluxan min nəfər olub. İlin sonunda isə 500 nəfər olub. Amma demirik ki, o 500 nəfər ölüb, yoxsa sağalıb? Eyni məsələ də problemli kreditlər məsələsində var. Bu kreditlər qaytarıldı, yoxsa silindi? Mənə elə gəlir ki, problemli kreditlərin çoxunu bank ümidsiz olduğundan silib. Qısası, problemli kreditlər azalmayıb. Sadəcə, onların əhəmiyyətli hissəsi artıq hesabatlara daxil edilmir”.
Hüquqşünasın sözlərinə görə, problemli kreditlər də iki qrupa bölünür. Biri var hansısa sadə vətəndaş, yaxud sahibkar bankdan 10 min dollardan çox kredit götürüb qaytara bilməyiblər.

Bu halda bank həmin şəxsi məhkəməyə verir və əsaslı səbəblər olduqda məhkəmə borcun silinməsi barədə qərar verir. Amma ikinci qrupa daxil olan probemli kreditlər şübhəli kreditlərdir. Bunları isə bank sahiblərinin faktiki özlərinə, yaxınlarına verdikləri kreditlərdir.

Və yaxud da korrupsiya, “şapka” ilə verilən kreditlərdir. Bu gün problemli kreditlərin mütləq əksəriyyəti, azı 60 faizi məhz belə kreditlərdir. Bu problemli kreditlərə qarşı ciddi addım atılmayıb. Problemli kreditlərin yaranmasında nəzarət edən qurum kimi Mərkəzi Bankın məsuliyyət daşıdığını düşünürəm.

Deyib ki, Mərkəzi Bank və hüquq-mühafizə orqanlarının səylərinin birləşdirilməsi nəticəsində şübhəli problemli kreditlərin əhəmiyyətli dərəcədə azalmasına nail olmaq mümkündür”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi