Azərbaycanda bu dövlət şirkətlərinin külli miqdarda xarici borcu üzə çıxdı - SİYAHI
Azərbaycanda dövlət büdcəsi hesabına formalaşan bəzi şirkətlər var ki, onların həm də xarici borcları milyardlarla manat dəyərləndirilir.
KONKRET.az xəbər verir ki, bu barədə iqtisadçı alim Qubad İbadoğlu öz sosial şəbəkə hesabında məlumat paylaşıb.
İqtisadçı dövlət zəmanəti ilə xaricdən borc alan iri şirkətlərin siyahısını təqdim edib və “qazanan onlardır, qaytaran da biz”! sözləri ilə fikirlərini tamamlayıb. Xaricdən borc alan iri şirkətlərin siyahısını təqdim edirik:
1. Azərbaycan avtomobil yolları – 3 milyard 578 milyon 300 min dollar
2. Azərbaycan dəmir yolları – 1 milyard 368 milyon 200 min dollar
3. Azərsu ASC – 1 milyard 269 milyon 200 min dollar
4. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı – 627 milyon 100 min dollar
5. Naxçıvan Meliorasiya və Su Təsərrüfatı- 201 milyon 900 min dollar