Qurban Qurbanov: "Uduzanda suallar çox olur, problemlər üzə çıxır"
"Rəqibi qələbə münasibətilə təbrik edirəm. Çətin olacağını bilirdik. Buna baxmayaraq, futbolçularımız pis təsir bağışlamadı. Oyun düşündüyümüz kimi alındı. Meydan sahibləri ikinci hissədə üstün cəhətlərindən olan əks-hücumlardan yararlanmağı bacardılar".
"Report" xəbər verir ki, bunu "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov Portuqaliyada "Sportinq"ə 0:2 hesabı ilə uduzduqları Avropa Liqasının qrup mərhələsinin I tur matçından sonra mətbuat konfransında deyib. 46 yaşlı mütəxəssis jurn
Bugünkü oyundan sonra qrupdan çıxmağa əsas namizədlərin "Arsenal" və "Sportinq" olacağını düşünmürsünüz?
- Əvvəlcədən belə olacağını düşünürdük. Lakin "Vorskla"nı da unutmayaq. Onlar da ikinci yer üçün mübarizə aparacaqlar. "Arsenal" və "Sportinq"in təcrübəsi daha böyükdür. Lakin "Qarabağ" da sonadək mübarizə aparacaq.
Azərbaycanlı futbolçulardan çəkdiyiniz nədir və onlar nə zaman düzələcəklər?
- Komandada heç kimə qarşı ayrıseçkilik etmirəm. Heç kimə qarşı narazılıq da etmək istəmirəm. Belə ağır oyunlarda təcrübələri çatmır. Hər birindən razıyam və bu səviyyəyə çatmağımızda hər birinin payı var.
Məğlubiyyətin əsas səbəbini nədə görürsünüz?
- Oyunun əvvəlindən fikirlərimi açıqladım. Səfərdə "Sportinq" kimi komandaya qarşı mübarizə aparırdıq.
Qol buraxdıqdan sonra meydana buraxdığınız oyunçular zəif təsir bağışladılar. Oyuna da müdaxilə edə bilmədiniz. Bunun əsas səbəbi hazırlıqsızlıqdır, yoxsa "Sportinq"in sürətli oyununa tab gətirməməyiniz?
- Açığı, belə sual gözləmirdim. Rəqibi yaxşı analiz etmişdim. Futbolçularımız tapşırıqları yerinə yetirməyə çalışdılar. Sadəcə, qollar səhvlərdən vuruldu. Futbolçularımız taktiki cəhətdən tam hazır idilər. Mənim də müdaxilə etməyim tam qaydasında idi. Sadəcə, hücum xəttində dəyişiklik etmək istəyirdim. Lakin Maksim Medvedevin zədələnməsi bunun qarşısını aldı.
Maksim Medvedevin zədəsi nə dərəcədə ciddidir?
- Hələlik bu suala dəqiq cavab verə bilməyəcəyəm. Dizində problem var. Ümidvaram ki, ciddi deyil. Hər şeyə Bakıda aydınlıq gələcək.
İnnosent Emeqara ilk yarıda əlinə düşən fürsətdən yararlana bilsəydi, hesab başqa cür ola bilərdi?
- İlk yarıda da, ikinci hissədə də yüzfaizlik qol epizodu oldu. Əfsuslar olsun ki, yararlana bilmədik. Emeqara çox çalışdı. Bəlkə də oyunun ən yaxşılarından idi.
Düşünmürsünüz ki, futbolçularınız psixoloji cəhətdən hazır deyildilər?
Uduzanda suallar çox olur, problemlər üzə çıxır. Unutmayaq ki, "Sportinq"ə qarşı səfərdə oynayırdıq. Rəqib azarkeş dəstəyi ilə daha inamlı çıxış edirdi. Futbolçulara anlatmaq lazımdır ki, qarşılarında güclü rəqib olduqda vəziyyəti dəyişmək çətin olur. Belə hallara hazır olmalıyıq. Qarşıda "Arsenal"la oyun var. Çalışıb, bu görüşə hazırlaşmalıyıq.