azia.az
azia.az

"Real Madrid"li ulduzlardan dünya çempionatında ağlasığmaz rekord

Bu gün, 08:48

İspaniya nəhəngi "Real Madrid"in oyunçuları beynəlxalq arenada görünməmiş uğura imza ataraq tarixə düşüblər.

Xəbər verilir ki, klubun futbolçuları möhtəşəm performans göstərərək dünya çempionatları tarixində eyni komandanın oyunçularının vurduğu ən çox qol rekordunu yeniləyiblər

Turnir boyunca rəqib qapılarına ümumilikdə 19 qol vuran Madrid təmsilçisinin ulduzları bu göstərici ilə digər dünya nəhənglərinə şans tanımayaraq vahid liderə çevriliblər. Turnirdə fərqlənən digər klubların statistikası isə aşağıdakı kimidir:

"Real Madrid" — 19 qol

PSJ — 13 qol

"Bayern Münhen" — 12 qol

"Arsenal" — 9 qol

"İnter Mayami" — 8 qol


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi