"Neftçi"nin yeni baş məşqçisi ilə bağlı son dərəcədə VACİB XƏBƏR
Deyəsən, «Neftçi» rəhbərliyi fikrini dəyişib.
Müşahidə Şurasının üzvləri komandanı növbəti dəfə əcnəbi baş məşqçiyə tapşırmağın planlarını cızmağa başlayıb.
Əldə etdiyimiz məlumata görə, SOCAR-dan namizədlərin siyahısının tutulması məqsədilə müvafiq göstəriş verilib.
Müxtəlif menecerlərə bu istiqamətdə axtarış aparmaq tapşırılıb.
Son günlərədək yanaşma tam fərqli idi. Şuranın əksər üzvləri yerli çalışdırıcılrdan biriylə anlaşmağı təklif edirdi.
Yeri gəlmişkən, ötən ilin dekabrında «Neftçi»yə təyinat alan Miodraq Bojoviç özünə yeni iş yeri axtarmağa başlayıb.
«Ağ-qaralar»ın baş məşqçi postunda Adrian Mutunu əvəzləmiş monteneqrolu tanış menecerlərlə əlaqə saxlayıb.
Balkanlı mütəxəssis Azərbaycanda keçirdiyi günlərin sona çatmaq üzrə olduğunu bildirib.
56 yaşlı çalışdırıcı deyib ki, klubdan müxtəlif səviyyələrdə mesajlar alıb. Rəhbərlikdən ona eşitdiriblər ki, dekabrda onunla izalanmış müqavilənin ikinci mövsümə aid hissəsinin qüvvəyə minməsini gözləməsin.