Xavi rəhbərlikdən onun transferini xahiş etdi
"Barselona" hazırda "Yuventus"da icarə əsasında çıxış edən "Atletiko"nun hücumçusu Alvaro Morata ilə maraqlanır .
Azia.az "Marca"ya istinadən xəbər verir ki, 29 yaşlı hücumçunun transferi ilə bağlı razılıq asan olmayacaq, lakin Kataloniya təmsilçisinin baş məşqçisi Xavi klub rəhbərliyindən dərhal Morata ilə müqavilə imzalamağı xahiş edib. 41 yaşlı mütəxəssis artıq ispaniyalı ilə əlaqə saxlayıb.
“Yuventus”, “ Atletiko” və “Barselona” bu məsələ ilə bağlı danışıqlar aparacaq. Moratanı transfer etmək üçün Kataloniya klubu hansısa futbolçusunu satmalıdır.
"Yuventus" Moratanı birdəfəlik hüququna malikdir. İtaliya təmsilçisinin bu danışıqlarda tutacağı mövqe hələ məlum deyil. "Barselona” kimi “Yuventus"da son zamanlar ciddi maliyyə sıxıntıları yaşayır.
Morata "Real"ın yetirməsidir. O, 2010-2014 və 2016-2017-ci illərdə Madrid klubunda çıxış edib. Forvard 2019-cu ildə "Atletiko"ya keçib.
Qeyd edək ki, bu mövsüm hücumçu "Yuventus"da 23 oyunda iştirak edib, 7 qol vurub və 2 qolun ötürməsini verib.