Tokio 2020: Dünya çempionumuz 1/8 finalda
Azərbaycanın daha bir boksçusu Tokio 2020-də mübarizəyə qoşulub.
Azia.az xəbər verir ki, komandamız yarışların ikinci günündə Cavid Çələbiyevlə(63 kq) təmsil olunub.
Dünya çempionumuz 1/16 finalda ukraynalı Yaroslav Hartsizlə yumruqlarının gücünü yoxlayıb.
Görüş dəri əlcək ustamızın tam üstünlüyü şəraitində baş tutub. 5:0(29:28, 30:27, 30:27, 30:27, 29:28) hesabı ilə inamlı qələbə qazanan millimizin 29 yaşlı üzvü 1/8 finalda ermənistanlı Hovannes Baçkovla üz-üzə gələcək.
Qeyd edək ki, avqustun 8-dək keçiriləcək boks yarışlarına ölkəmiz 5 nəfərlə(hamısı kişilər) qalılıb. Dünən rinqə çıxan təmsilçilərimizdən Məhəmməd Abdullayev (+91 kq) adını 1/8 finala yazdırıbsa, Tayfur Əliyevlə(57 kq) Lorenzo Sotomayor (69 kq) Olimpiya Oyunlarında çıxışlarını başa vurublar.