azia.az
azia.az

47 yaşlı qadında quduzluq tapıldı

23-05-2016, 08:33

47 yaşlı qadında quduzluq tapıldı Zaqatalada 47 yaşlı qadında quduzluq xəstəliyi aşkarlanıb.

Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, mayın 22-d rayonun Faldar kənd sakini, 1969-cu il təvəllüdlü, Pəri Qasım qızı Turacova quduzluq əlamətləri ilə xəstəxanaya daxil olub. Məlum olub ki, onu 1.5 ay əvvəl yaşadığı kənddə küçə iti dişləyib. Pəri Turacova xəstəxanaya müraciət etməyib.
Mingəçevirdən dəvət olunmuş ixtisaslaşmış həkim müayinəsi zamanı Pəri Turacovanın quduzluq xəstəliyinə tutulması təsdiqlənib. Hazırda Pəri Turacovanın müalicəsi Zaqatala RMX-nın yoluxucu xəstəliklər şöbəsində aparılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi