Bakıda daş sexində ölüm hadisəsi baş verib.Report xəbər verir ki, hadisə Müşfiqabad qəsəbəsində qeydə alınıb.
Belə ki, daş sexində fəhlə işləyən 1966-ci il təvəllüdlü İmanov Mürşüd Səyyad oğlu iş başında naməlum səbəbdən qəfildən ölüb.
Onun ölümünün səbəblərinin araşdırılması üçün əraziyə Qaradağ Rayon Prokurorluğunun əməkdaşları cəlb edilib.
M.İmanovun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.