Abşeron rayonunda intihar hadisəsi baş verib.
azia.az lent.az-a istinadən bildirir ki, aprelin 15-də Xırdalan şəhəri İslam Səfərli küçəsində yaşayan 1971-ci il təvəllüdlü Abdullayev Fərman Rəhman oğlu yaşadığı evdə özünü asıb. Onun meyitini ailə üzvləri tapıb.
Bildirilir ki, F.Abdullayev tikinti materiallarının alqı-satqısı ilə məşğul olurmuş və "Eurohome" tikinti materialları bazarında işləyirmiş. İş adamının son vaxtlarda xeyli borcu yaranıb və problemdən çıxmağa çalışırmış. O, intihardan əvvəl məktub yazıb.
Faktla bağlı cinayət işi başlanıb.
09:50
Abşeron rayonunun Xırdalan şəhərində intihar hadisəsi baş verib.
azia.az report.az-a istinadən bildirir ki, 1971-ci il təvəllüdlü Abdullayev Fərman Rəhman oğlu yaşadığı evdə özünü asıb. Abşeron Rayon Prokurorluğunun əməkdaşları hadisə yerinə baxış zamanı onun intihardan əvvəl məktub yazıb qoyduğunu müəyyən ediblər. Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (Özünü ölüm həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.