azia.az
azia.az

“Dəyanətin son bir neçə ili xəyanətlər içində keçdi”

28-01-2017, 10:29

“Dəyanətin son bir neçə ili xəyanətlər içində keçdi”
Yaxın dostu onun aldığı zərbələrdən danışır, anası oğlunun ölümünü qəbul edə bilmir, ekspertizanın nəticələri isə bir ay sonra açıqlanacaq

“Biz ailəsi olaraq oğlumla bağlı ekspertizanın nəticəsini gözləyirik”.

Bu sözləri musavat.com-a açıqlamasında iki gün öncə intihar etmiş psixoloq Dəyanət Rzayevin anası Şərqiyyə Rzayeva bildirdi. Onun sözlərinə görə, oğlunun qətlə yetirilməsinə inanmır. Çünki onun evinin qapısını açıb, içəri girən, onu bu vəziyyətdə görən özü olub: “Mən burda yox idim. Xəstə idim. Son bir neçə gündə isə danışmamışdıq. Əvvəl də tez-tez zəng edirdim. Son bir neçə gündə isə özümü pis hiss edirdim. Uşaqları məktəbə aparıb-gətirəndən sonra dedim ki, Dəyanətə baş çəkim. Çünki ondan xəbər yox idi, zənglərə cavab vermirdi. Açarım var idi, açdım, o mənzərəni gördüm”. (ağlayır)

Ş.Rzayeva dedi ki, oğlunun heç bir borcu olmayıb və guya maddi problemlərə görə intihar etməsi inandırıcı deyil. Müsahibimizin sözlərinə görə, oğlu heç zaman kreditlə nəsə almaz, heç kimdən borc götürməzdi: “Deyirdi ki, nəyim varsa budur. Mənə deyirdi ki, mebelimiz yaxşıdır, gedib kreditlə Türkiyənin mebellərindən almaq lazım deyil. Hər gördüyünə əl uzatsın, almaq istəsin... Yox idi belə cəhətləri. Oğlum acgöz deyildi. Həmişə deyirdi ki, dünyanın malı dünyada qalacaq. Heç vaxt heç kimlə bəhsə girməzdi. ”Filankəsdə nəsə var, məndə də olsun" prinsipi ilə yaşamazdı. Uşağım gözütox idi. İki evi vardı. Birində özü, o birində ailəsi, uşaqları yaşayırdı".

Müsahibimizin sözlərinə görə, mərhum psixoloq heç vaxt onunla şəxsi problemləri, qayğıları ilə bağlı müzakirə aparmazdı. Amma Ş.Rzayeva iddia etdi ki, oğlunun bu həyatda bir düşməni belə olmayıb: “Çox zərərsiz biri idi. Heç kimə bir pisliyi keçməmişdi. Dərdi var idisə, içinə atırdı, heç vaxt başqasına demirdi. Mən də anası olaraq onun şəxsi işlərinə qarışmamışam”.

Ş.Rzayevadan onun ölümü ilə bağlı daha çox qətl, ya intihar versiyasına inanması barədə soruşanda isə müsahibimiz “mən oğlumun ölümünü qəbul edə bilmirəm, onda qala hansısa versiyanı” dedi. O, son əminlik üçün ekspertizanın nəticələrini gözlədiklərini bildirdi.
Bu arada “Yeni Müsavat”ın istintaq orqanlarından əldə etdiyi məlumata görə, D.Rzayevin meyitinin ekspertiza nəticələri isə bir ay sonra açıqlanacaq.

D.Rzayevin adının hallanmasını istəmədiyi dostlarından biri isə dedi ki, o, son zamanlar orta yaş sindromuna tutulmuşdu. Hər şeydən sarsılır və baş verən ən xırda neqativ hadisə belə onu ruhdan salırdı. Dostunun dediyinə görə, uzun illərdir fasiləsiz konsultasiya aparan psixoloqun özü də mənəvi cəhətdən yorulmuşdu.

“Onlardan mənfi enerjini alıb, müsbət enerji verir və yüklənirdi” deyən dostunun sözlərinə görə, onun özünün də konsultasiyaya ehtiyacı var idi: “İşi çox idi, dayana bilmirdi. Son 7-8 il ərzində yadıma gəlmir ki, nə zamansa istirahətə, tətilə çıxsın. Amma onun maddi problemləri yox idi. Yeni binada evi vardı. Bir əlavə evi vardı, təmir edirdi. O qədər pasiyenti var idi ki, bəzən onları qəbula yazmağa çatdırmırdı. Dəyanət çox nadir, ixtisaslaşmış psixoloq idi. Sertifikatları var idi. Bu sahə üzrə Rusiyada təhsil almışdı”.

Dostu dedi ki, D.Rzayev əsasən dost bildiyi insanların xəyanətindən əziyyət çəkirdi. Belə ki, hazırda gündəmdə olan bir çox psixoloqlar onun şinelindən çıxmış, onun yanında peşəkarlaşmışdı.

Amma onların çoxu peşənin incəliklərini mərhum psixoloqdan öyrənəndən sonra onun yanından ayrılırdılar. Müsahibimiz bu ayrılıqların bir çox hallarda qalmaqalla baş tutduğunu dedi: “Dəyanət bunu çox ağrılı qəbul edirdi. Onu uzun müddət içində yaşayırdı. Adam var ki, öz sahəsində hər şeyi bilir və bunu başqaları ilə bölüşmür. Amma o, öyrətməyə çalışırdı. O, ən yaxşı xəstəsini başqa həkimə verirdi. Hər dəfə söz verirdi ki, etməyəcəm. Hər yerdə yeniləri çağırırdı. Onun son bir neçə ili xəyanətlərlə keçdi. Bu da intihara səbəb deyildi. Hazırda onun intiharının səbəblərini bilmirəm. İzah da tapa bilmirəm. Həyatında qarşısıalınmaz problemi yox idi”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi