Bakıda "XXX" soyadlı kişini öldürənlərdən biri nəvəsi imiş - TƏFƏRRÜAT
Fevralın 14-də Sabunçu rayonu ərazisində, Albalılıq bağ sahəsində 76 yaşlı Həmid Məmmədrəsul oğlunun qətlə yetirilməsi ilə bağlı maraqlı fakt üzə çıxıb. Hüquq-mühafizə orqanlarının məlumatına görə, əvvəllər neftçi işləmiş H.Məmmədrəsul oğlunu qətlə yetirmiş dəstə üzvləri arasında onun nəvəsi də olub. Cinayətin iştirakçısı olan digər 2 nəfər isə H.Məmmədrəsul oğlunun qonşularıdır.
Onlar cinayəti tamah məqsədi ilə törədiblər. Cinayəti törədəndən sonra isə H.Məmmədrəsul oğlunun 2 min manata yaxın pulunu öz aralarında bölüşdürüblər.
Artıq cinayəti törədənlərdən ikisi saxlanılaraq istintaqa təhvil verilib.
Bildirilir ki, H.Məmmədrəsul oğlu şəhərdə yaşayırmış və arabir bağ evinə gedirmiş. Məlum qətl də həmin vaxta planlaşdırılıb. Təqaüdçü olan H.Məmmədrəsul oğlunun şəxsiyyət vəsiqəsində onun soyadı göstərilməyib, əvəzinə isə "XXX" qeyd edilib.
Faktla bağlı cinayət işi açılıb, əməliyyat-axtarış tədbirləri davam etdirilir.