azia.az
azia.az

44 üzük, 13 sırğa, 300 qram qızıl... - SAÇINDA QAÇAQMAL GƏTİRDİ

7-08-2016, 06:46

44 üzük, 13 sırğa, 300 qram qızıl... - SAÇINDA QAÇAQMAL GƏTİRDİ Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunun piyada xəttinə Rusiya Federasiyası istiqamətindən daxil olan Rusiya vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.

Lent.az-ın Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinə istinadən məlumatına görə, yoxlama nəticəsində həmin vətəndaşın başındakı parçadan hazırlanmış saç sancağının içindən 44 ədəd üzük, 9 ədəd boyunbağı, 13 ədəd sırğa cütü, 5 ədəd sırğa tayı, 3 ədəd kulon və 2 ədəd əzik məmulat olmaqla, ümumi çəkisi 294,7 qram olan qızıl məmulatı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi