azia.az
azia.az

Sumqayıtda qadın sevgilisi ilə birləşib ərini başına görün nə oyun açdı

8-10-2021, 12:23

Sumqayıtda qadın sevgilisi ilə birləşib ərini başına görün nə oyun açdı
Bakı şəhəri, Nəsimi rayon sakini, 1998-ci il təvəllüdlü Elnur Alıyev tanışı olan qadına qarşı dələduzluq edib.
“Ölkə.Az” xəbər verir ki, E. Alıyev bir müddət əvvəl tanış olduğu Sumqayıt şəhər sakini olan evli bir qadınla yaxın münasibət. 23 yaşlı gənc həmin xanıma evlənəcəyini vəd edib və birlikdə yaşaması üçün mənzil lazım olduğunu bildirib. Qadın ona əvvəlcə 12500 manat, sonra isə 3500 manat dəyərində qızıl məmulatları verib. Elnu Alıyev həmin xanıma pul vəsaitinin və qızılların oğurlanması ilə bağlı hüquq-mühafizə orqanlarına yalan məlumat verməli olduğunu deyib. Polisə müraciət edilərək xanımın yaşadığı mənzildən oğurluq olduğu təəssüratı yaradılıb. Lakin polis əməkdaşları xanımı dindirərkən o, pul vəsaitini və qızıllarını Elnur Alıyevə verdiyini etiraf edib, onun tərəfindən dələduzluğa məruz qaldığını deyib.Sumqayıt şəhər Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı Elnur Alıyev saxlanılaraq istintaqa cəlb edilib.

Faktla bağlı araşdırmalar aparılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi