Azərbaycanda 20 ton pambıq yüklənmiş maşın alışıb yandı!
![]()
Azia.az xəbər verir ki, Goranboy rayonunun Borsunlu kəndində “Mercedes” markalı yük avtomobilinin qoşqusunun yanar hissələri və qoşquya yığılmış ümumi çəkisi 20 ton olan pambıq bağlamalarının 7 tonu yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Avtomobilin və pambıq bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.