azia.az
azia.az

Qaçırdığı avtomobili satdı – Tovuzda maraqlı hadisə

13-06-2016, 18:26

Qaçırdığı avtomobili satdı – Tovuzda maraqlı hadisə Tovuz rayonunda qaçırılmış avtomobili satan şəxs tutulub. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, iyunun 11-də Tovuz rayonunun Abulbəyli kəndindən kənd sakini Aqşin İsmayılova məxsus “VAZ-2107” markalı avtomobil qaçırılıb. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə avtomobil Qazax RPŞ əməkdaşları tərəfindən rayonun Xanlıqlar kəndində yaşayan Xəyal Adıgözəlovun həyətində tapılıb. X.Adıgözəlovun avtomobili Tovuz rayon sakini Orxan Rüstəmovdan alması müəyyən edilib. Hadisəni törətmiş O.Rüstəmov saxlanılmış və Tovuz RPŞ-yə təhvil verilib.

RPŞ tərəfindən araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi