azia.az
azia.az

Kişi gözəllik salonunda işləyən arvadını 10 bıçaq zərbəsi ilə öldürdü - BAKIDA (VİDEO)

26-07-2021, 12:25

Kişi gözəllik salonunda işləyən arvadını 10 bıçaq zərbəsi ilə öldürdü - BAKIDA (VİDEO)
Bakıda dəhşətli qətl hadisəsi törədilib. Kişi bir neçə bıçaq zərbəsi ilə həyat yoldaşını öldürüb. Azia.az xəbər verir ki, Binə qəsəbəsində gözəllik salonunda işləyən qadın həyat yoldaşı tərəfindən qətlə yetirilib. Hadisə yeni yaşayış massivi adlanan ərazidə qeydə alınıb.
Meyxoş Cəfərov hadisəni törərdikdən sonra qaçmağa cəhd edib. Lakin o, ərazidə xidmət aparan Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanıb. Cinayəti törədən şəxs Xəzər rayon prokurorluğuna təhvil verilib.

Əldə etdiyimiz məlumata görə, qətlə yetirilən Xatirə Fərəcova gözəllik salonunda işləməyə yeni başlayıb. Onunla salonda birgə çalışanlar da hadisənin təfərrüatlarından xəbərsizdirlər.

Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürmü maddəsi ilə cinayət işi başlanıb. Araşdırmalar davam etdirilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi