Azərbaycanda film kimi cinayət: 19 yaşlı qıza iynə vurub...
Bu gün Lənkəranda evə basqın olub.
APA-nın Cənub bürosunun məlumatına görə, hadisə saat 12 radələrində qeydə alınıb.
Biri qadın olmaqla, 3 naməlum şəxs şəhərin Vaqif Məmmədov küçəsi, 26 ünvanında yerləşən evə daxil olub. Həmin şəxslər evdə olan 1997-ci il təvəllüdlü Ülviyyə Eyvaz qızı Ağayevaya iynə vurublar və Ü. Ağayeva huşunu itirib. Daha sonra onlar evdəki qızıl-zinət əşyalarını aparıblar.
Ü. Ağayeva xəstəxanaya yerləşdirilib. Polis hadisə yerinə gəlib, istintaq üçün zəruri olan barmaq izləri götürülüb. Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır, hadisəni törətmiş şəxslərin tapılması üçün tədbirlər görülür.