İki məktəbli yoxa çıxıb
20 saylı məktəbin Fəridə və Məhəmməd adlı, hələlik soy adları dəqiq bilinməyən iki beşinci sinif şagirdi məktəbdən çıxıb naməlum istiqamətə gediblər.
Məktəbin rəhbərliyindən verilən xəbərdə bildirilir ki, uşaqları məktəbdən adətən babası götürürdü. Bu səbəbdən uşaqlar bu gün məktəbin servis xidmətindən istifadə etməyiblər. Sonradan bacı-qardaş naməlum istiqamətdə hərəkət edib.
Olay barədə Nərimanov rayon polis idarəsinə xəbər verilib. Polis idarəsindən əldə edilən məlumata görə uşaqların mobil telefonu Nərimanov metrosu yaxınlığında sönüb.
Bundan sonra onların hərəkət istiqamətini müəyyən etmək mümkün olmayıb. Polis əməkdaşları daha dəqiq məlumat əldə etmək üçün ərazidə qurulan təhlükəsizlik kameralarının yaddaşını araşdırır.