azia.az
azia.az

BDU-nun tələbələri MEK-də təcrübi dərs keçiblər

6-12-2023, 22:57


BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin tələbələri “Kitabxana kataloqları” fənni üzrə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında əyani tədris keçiblər. 

Fakültənin dosenti Rəşad Qardaşovun rəhbərliyi ilə tələbələr kitabxananın Komplektləşdirmə, Kataloqlaşdırma, Avtomatlaşdırma və proqram təminatı şöbələrinin fəaliyyəti, kitabxana sistemində ilk olan Qarabağ müharibəsi qəhrəmanları fondu ilə yaxından tanış olublar.

MEK-in Komplektləşdirmə şöbəsinin rəhbəri Gülnar Məmmədova kitabxanada tətbiq edilən proseslə tələbələri ətraflı məlumatlandırıb. Gələcəyin mütəxəssisləri kitabxanaya daxil olan ədəbiyyatın uçotu və işlənməsi, təsnifləşdirilməsi və kataloqlaşdırılması, kitabxana fondundan çıxarılmış ədəbiyyatlar üzrə aktların tərtibi, cari daxil olan sənədlərin və retrospektiv sənədlərin elektron kataloqlaşdırması və biblioqrafik təsvirlərinin yaradılması, elm sahələri üzrə sistemləşdirilməsi və indeksləşdirilməsi kimi işlərin aparılmasına əyani baxıblar. Həmçinin kitabxanada tətbiq edilən İRBİS64+AKİS proqramı və onun texnoloji proseslərinin tənzimlənməsi haqqında məlumat alan tələbələr sözügedən proqram vasitəsilə elektron və ənənəvi kartoçka yaradıblar.

Qeyd edək ki, kitabxanada keçirilən dərslər təcrübə mübadiləsi ilə yanaşı, mütaliə alışqanlığının formalaşması və inkişafı baxımından da böyük əhəmiyyət kəsb edir.

İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi

[email protected]


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi