azia.az
azia.az

MEK ilə V.İ.Vernadski adına Ukrayna Milli Kitabxanası arasında müqavilə imzalanıb

2-11-2023, 19:08


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) ilə V.İ.Vernadski adına Ukrayna Milli Kitabxanası arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.

Kitabxana informasiya, kitab mədəniyyəti, kitabxanaşünaslıq və biblioqrafiya sahəsində elmi-təşkilati, elmi və tədqiqat fəaliyyətinin inkişafı məqsədi daşıyan müqaviləni MEK-in baş direktoru, professor Məmməd Əliyev, qarşı tərəfdən isə direktor Lyubov Dubrovina imzalayıblar.

Əməkdaşlıq sazişi hər iki kitabxananın kolleksiyalarından kitab sərgilərinin təşkilini,birgə layihələri işləyib hazırlamaq və həyata keçirmək, qarşılıqlı maraq doğuran kitabxana-informasiya fəaliyyəti ilə bağlı müntəzəm sənəd və məlumatların mübadiləsini aparmaq, beynəlxalq layihələrdə iştirak etmək, birgə materialları dərc etmək və s. istiqamətləri nəzərdə tutur.

Qeyd edək ki, hazırda MEK 41 ölkənin 104 təşkilatı ilə (kitabxana, elmi jurnal və s.) beynəlxalq tərəfdaşlıq əlaqələrini uğurla davam etdirərək öz fondlarını daha da genişləndirir.

 

İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi

[email protected]


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi