azia.az
azia.az

Manatı çökdürən əsas səbəb-Cahangir Hacıyev

16-11-2016, 08:45

Manatı çökdürən əsas səbəb-Cahangir Hacıyev
Bu il “Azərbaycan Beynəlxalq Bankı”nın toksik aktivlərinin "Aqrarkredit"ə ötürülməsinin birinci mərhələsi uğurla başa çatıb

Bu barədə bankın ilk yarımilə aid birləşdirilmiş audit hesabatında deyilir.

Məlumatda bildirilir ki, birinci mərhələ çərçivəsində bankın balansından çıxarılan problemli aktivlər 9 milyard 930 milyon manat həcmindədir. Həmin aktivlərin mütləq əksəriyyəti xarici valyutada olanlardır. “Hazırda ikinci mərhələnin aparılması müzakirə olunur. Bu prosesin 2016-cı ilin 2-ci, 2017-ci ilin 1-ci yarısında tamamlanması planlaşdırılır”, - sənəddə belə yazılıb.



Ümumiyyətlə, ABB-də problemli kreditlərin həcmi tam açıqlanmır. Xatırladaq ki, Maliyyə Nazirliyi, Azərbaycan Mərkəzi Bankı (AMB) və “Aqrarkredit” QSC arasında ötən il avqustun 11-də imzalanan baş sazişə əsasən, ABB-nin problemli kreditləri 2015-ci ildən 2017-ci ilədək “Aqrarkredit”ə transfert ediləcək. ABB ötən il dekabrın 28-də “Aqrarkredit” QSC-dən “Zəmanət və öhdəlik” məktubu alıb. Bu məktub çərçivəsində “Aqrarkredit”in ABB-yə 5,7 milyard manat məbləğində öhdəliyi yaranıb.



Virtualaz.org qeyd edir ki, bu rəsmi məlumatda Azərbaycan Beynəlxalq Bankından təkcə birinci mərhələdə 10 milyard manatlıq problemli aktivin çıxarılması bankda Cahangir Hacıyevin dövründə hökm sürmüş dəhşətli korrupsiyanı bir daha göz önünə çıxarır. Bu, manatın indiki məzənnəsi ilə təqribən 5.8 milyard ABŞ dolları edir. Söhbət bankın geri qayıtmayan və müxtəlif layihələrdə batan kreditlərindən gedir. Lakin bankda problemli aktivlər hələ qalır və açıqlamada deyildiyi kimi prosesin ikinci mərhələsi hələ başlamayıb. Deməli Azərbaycan Beynəlxalq Bankının problemli aktivlərinin həcmi C.Hacıyevin bankdan uzaqlaşdırıldığı vaxtda təxmin ediləndən dəfələrlə çox imiş. Hansı ki, o vaxt rəsmi məlumatlarda bankın problemli aktivlərinin həcmi heç 1 milyard dollara da çatmırdı.

İqtisadçılara görə manatın dalbadal iki dəfə kəskin devlvasiyaya məruz qalmasının və hazırda da dəyərdən düşməkdə davam etməsinin əsas səbəbini məhz Azərbaycan Beynəlxalq Bankının “zəhərli” aktivlərində axtarmaq lazımdır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi