ŞOK QƏRAR: Aclığa görə oğurluq edənlər cəzalandırılmayacaq
Aclığı aradan qaldırmaq üçün yemək və ərzaq məhsulları oğurlamaq bundan sonra cinayət hesab edilməyəcək və onun üçün heç bir cəza nəzərdə tutulmayacaq.
Bu barədə qərarı İtaliya Ali Kasassiya Məhkəməsi çıxarıb. Məhkəmənin qərarı Ukraynadan olan işsiz qaçqın Roman Ostryakovun işinə baxılarkən çıxarılıb.
O, 2011-ci ildə yemək oğurladığına görə barəsində 6 aylıq həbs və 100 avro cərimə cəzası verilmişdi. Ukraynalı ümumi dəyəri 4 avro olan bir dilim pendir və sosiska oğurlamaqda ittiham olunurdu.
İşə Kasassiya Məhkəməsində baxılarkən öz həyati tələbatını ödəmək üçün az miqdarda yemək və ərzaq oğurlanmasına görə cəzanın nəzərdə tutulmaması qərara alınıb.
İtaliya mətbuatı məhkəmə qətnaməsini “doğru və yerində verilən qərar” adlandırıb.
“Corriere Della Sera”da yer alan yazıya görə, İtaliyada bir tikə çörəklə yaşayan insanların sayı gün ərzində 600 nəfər artır.
Həmçinin “Məhkəmə qərarı hər kəsə xatırladacaq ki, sivilizasiyalı ölkədə ən pis insan da ac qalmalı deyil, - deyə “La Stampa” yazıb.
Qeyd edək ki, ukraynalı qaçqının işi bundan əvvəl 3 məhkəmə instansiyasında baxııb. Kasassiya Məhkəməsi isə son instansiyadır və qərarı qətidir.